Ana Sayfa > Bütün xəbərlər / M / Karusel / İqtisadiyyat / Dünya > Nüsrət 5 dükanının birgünlük gəlirini Elazığ zəlzələsindən sağ çıxanlara bağışladı - FOTO

Nüsrət 5 dükanının birgünlük gəlirini Elazığ zəlzələsindən sağ çıxanlara bağışladı - FOTO


28-01-2020, 18:35. Yazar: Xeberaz
Nüsrət 5 dükanının birgünlük gəlirini

Məhşur qəssab Nüsrət Gökçə, bugün Türkiyədə fəaliyyət göstərən dükanlarının gəlirini Elazığda meydana gələn zəlzələdə ziyan çəkənlərə bağışlayacaq.
"Xeberaz.Az" xəbər verir ki ,sosial media hesabı İnstaqramdan paylaşım edən Gökçə, Türkiyədəki 5 restoranının bir günlük gəlirini bağışlayacağını söyləyib.
Elazığda meydana gələn 6.8 ballıq zəlzələdən sonra bütün Türkiyə tək ürək oldu .Bir çox məhşur simanın qatıldığı yardım kampaniyasına Nüsrət Gökçə də qatılıb.
Aktiv olaraq istifadə etdiyi ictimai media hesabı Instaqramdan paylaşım edən Gökçə, "Biz Türkiyəyik. Sabah Nüsrət bütün Türkiyədəki mağazalarının gəlirini Elazığa bağışlayacaq. Dövlət ata və millətimiz nə desə əmrindəyik" deyib .

Qısa müddətdə Gökçənin bu paylaşımına minlərlə bəyənmə gəlib.




Geri dön