Ana Sayfa > Bütün xəbərlər / M / Karusel / Siyasət / Gündəm / Dünya / Həftə-Reytinq > Putin Ərdoğana başsağlığı verdi

Putin Ərdoğana başsağlığı verdi


25-01-2020, 18:36. Yazar: Xeberaz
Putin Ərdoğana başsağlığı verdi

Rusiya Prezidenti Vladimir Putin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib.
"Xeberaz.Az"-un xəbərinə görə, bu barədə Kremlin saytında məlumat verilib.
“Rusiya xalqı zəlzələdə ailələrini və yaxınlarını itirənlərin acısını və kədərini bölüşür, xəsarət alanların hamısının tezliklə sağalacağına ümid edir”, - deyə Kremlin yaydığı məlumatda qeyd olunub.
Xatırladaq ki, yanvarın 24-də axşam saatlarında Türkiyənin Elazığ vilayətinin Sivricə rayonunda 6,8 bal gücündə zəlzələ olub.
Son olaraq zəlzələ nəticəsində 22 nəfərin öldüyü, 1031 nəfərin yaralandığı açıqlanıb.  
Geri dön