Ana Sayfa > Bütün xəbərlər / M / Karusel / Gündəm / Hadisə > Sumqayıtda mənzildə qadın meyiti tapıldı

Sumqayıtda mənzildə qadın meyiti tapıldı


25-01-2020, 18:22. Yazar: Xeberaz
Sumqayıtda mənzildə qadın meyiti tapıldı

Sumqayıtda mənzildə 84 yaşlı qadın meyiti tapılıb.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Sumqayıt şəhərində 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Hadisə yerinə cəlb olunan Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1936-ci il təvəllüdlü İsmalina Raisa Georgiyevnanın meyitini aidiyyəti üzrə təhvil veriblər.
Geri dön