Ana Sayfa > Bütün xəbərlər / Karusel / Gündəm / Hadisə / M2 > Bakıda taksi sürücüsünə hücum: Boğazına bıçaq dirəyib soydular

Bakıda taksi sürücüsünə hücum: Boğazına bıçaq dirəyib soydular


23-01-2020, 15:09. Yazar: Xeberaz
Bakıda taksi sürücüsünə hücum: Boğazına bıçaq dirəyib soydular 14:3023 Yanvar 2020 64 Hadisə Cavidan MirzəzadəA-A+ Paylaş Tweet Whatsapp Bakının Suraxanı rayonunda taksi sürücüsünə qarşı soyğunçuluq hadisəsi törədilib. Metbuat.az bildirir ki, bu haqda "oxu.az"-a hüquq mühafizə orqanlarından məlumat verilib. Yanvarın 22-də 01:45 radələrində Yeni Günəşli qəsəbəsində “Mercedes” markalı avtomobilində taksi xidməti ilə məşğul olan 1989-cu il təvəllüdlü Mehman Zahir oğlu Sadıqov iki sərnişinin hücumuna məruz qalıb. Cinayətkarlar sürücünün boğazına bıçaq dirəyib onun 200 manat pulunu götürərək hadisə yerindən qaçıblar. Zərərçəkən Suraxanı rayon 33-cü polis bölməsinə şikayət edib. Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən iki nəfər saxlanılıb. Bu şəxslərdən biri əvvəllər oğurluq və narkotik maddələrinin saxlanılmasına görə azadlıqdan məhrum edilmiş 1980-ci il təvəllüdlü Nadir Rəhman oğlu Qurbanov, digəri isə 1966-cı il doğumlu İlham Habil oğlu Rüstəmzadədir. Faktla bağlı istintaq tədbirləri davam etdirilir.
Geri dön