Ana Sayfa > Bütün xəbərlər / Karusel / Gündəm / Hadisə / Foto-fakt > Ruslan Qurbanov tısbağaya görə saxlanıldı - VİDEO

Ruslan Qurbanov tısbağaya görə saxlanıldı - VİDEO


21-01-2020, 10:16. Yazar: Xeberaz
Ruslan Qurbanov tısbağaya görə saxlanıldı -VİDEO

Türkiyə gömrükçüləri Gürcüstandan gələn azərbaycanlını bu ölkəyə gizli şəkildə tısbağa balası keçirməyə cəhd etdiyi üçün saxlayıblar.
"Xeberaz.Az" xəbər verir ki, Azərbaycan vətəndaşı Ruslan Qurbanov idarə etdiyi 99 US 893 nömrəli X-Trail avtomobili ilə Türkiyəyə keçmək istəyərkən bu ölkənin Sarp Gömrük Mühafizə, Qaçaqçılıq və Kəşfiyyat İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. 
İdarənin əməkdaşları Türkiyəyə keçmək istəyən Ruslan Qurbanovdan avtomobilinə baxış keçiriblər. 
Axtarış zamanında avtomobilin qapısında gizlədilmiş cəmi 5450 su tısbağası ələ keçirilib.
R.Qurbanov Gürcüstandan Türkiyəyə gizli yolda tısbağa gətirdiyi üçün saxlanılıb və işi məhkəməyə göndərilib.

  • Ruslan Qurbanov tısbağaya görə saxlanıldı -VİDEO
  • Ruslan Qurbanov tısbağaya görə saxlanıldı -VİDEO





Geri dön