Ana Sayfa > Bütün xəbərlər / Karusel / Gündəm / Dünya > Humay Qədimovanın avtomobilindən oğurluq oldu

Humay Qədimovanın avtomobilindən oğurluq oldu


14-01-2020, 20:29. Yazar: Xeberaz
Humay Qədimovanın avtomobilindən oğurluq oldu
Bakıda tanınmış tarzən Humay Qədimovanın avtomobili qarət olunub.
"Xeberaz.Az" xəbər verir ki, bu barədə “Report”a H.Qədimovanın özü məlumat verib.
Onun sözlərinə görə, hadisə yanvarın 12-də saat 12:15 radələrində, paytaxın Səbail rayonun Teymur Elçin küçəsində qeydə alınıb:
“İdarə etdiyim maşınımı Teleteatrın qarşında yerləşən ərazidə park etdim. Saat 15:40 radələrində avtomobilimə yaxınlaşan zaman isə maşınımın içərisindəki əşyalarımın oğurlandığını gördüm. Sonra Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə müraciət elədim. Qardaşımla birgə Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsində ərizə yazdım. Hələ də həmin şəxs və ya şəxslər saxlanılmayıb”.
H.Qədimova bildirib ki, bununla bağlı Daxili İşlər Nazirliyinin rəhbərliyinə müraciət edib:
“Müraciətimdə görüntülərin mənə təqdim edilməsini və cinayətkarın tezliklə tapılmasını xahiş edirəm”.
Tarzən ona dəymiş maddi ziyanı açıqlamaqdan imtina edib:
“Bu barədə istəmirəm ki, məlumat verəm. Mənə az miqdarda ziyan dəysəydi, heç bu qədər tələb etməzdim”.


Geri dön