Ana Sayfa > Bütün xəbərlər / M / Karusel / Gündəm / Hadisə / Foto-fakt > Bakıda itkin düşən 15 yaşlı qız tapılıb - RƏSMİ

Bakıda itkin düşən 15 yaşlı qız tapılıb - RƏSMİ


14-01-2020, 20:13. Yazar: Xeberaz
Bakıda itkin düşən 15 yaşlı qız tapılıb -RƏSMİ

Yanvarın 13-də Sabunçu rayonu, Bilgəh qəsəbəsində gecə saatlarında yaşadığı evdən naməlum istiqamətə gedən 2005-ci il təvəllüdlü Aysel Salahova tapılıb.
Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, Bakı şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsinin keçirdiyi təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində azyaşlının yeri müəyyən olunub. İlkin araşdırmalar nəticəsində məlum olub ki, azyaşlı heç bir şəxs tərəfindən qaçırılmayıb.
Bu barədə azyaşlının ailəsi məlumatlandırılıb.
Geri dön