Ana Sayfa > Bütün xəbərlər / M / Karusel / Siyasət / Gündəm / Aktual > Nazir Rəşadət Babayevi işdən çıxardı - Yeni təyinat

Nazir Rəşadət Babayevi işdən çıxardı - Yeni təyinat


9-01-2020, 22:56. Yazar: Xeberaz
Nazir Rəşadət Babayevi işdən çıxardı -Yeni təyinat

Bakı Şəhər Dövlət Yol Polisinin Alay komandiri polkovnik  Rəşadət Babayev  işdən  azad edilib.
"Xeberaz.Az" bakupost-a istinadən xəbər verir ki,  Bakı Şəhər Dövlət Yol Polisinin Alay komandiri  vəzifəsinə  polkovnik-leytenant  Malik İbrahimov təyin edilib.

Xatırladaq ki, dünən mediada yayılan məlumatda Bakı Şəhər Dövlət Yol Polisinin Alay komandiri Rəşadət Babayevin adı rüşvət qalmaqalında hallanırdı.
Qeyd edək ki, dünən Daxili İşlər nazirinin əmri ilə  Bakı Şəhər Dövlət Yol Polisinin rəisi  Nuşirəvan Səfərov təqaüdə göndərilib. Onu hələlik rəis müavini, Qarabağ qazisi Rəşad Piriyev əvəz edir.


Geri dön