Ana Sayfa > Bütün xəbərlər / Karusel / Gündəm / Hadisə / M2 > Bakıda dörd maşın TOQQUŞDU - Xəsarət alan var

Bakıda dörd maşın TOQQUŞDU - Xəsarət alan var


5-01-2020, 11:03. Yazar: Xeberaz
Bakıda dörd maşın TOQQUŞDU -Xəsarət alan var

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Xeberaz.Az" "Report"a istinadən xəbər verir ki, hadisə Nizami rayonu Babək prospektində qeydə alınıb.
Belə ki, 4 avtomobilin toqquşması zamanı 1992-ci il təvəllüdlü İsmayılov Nicat Rövşən oğlu xəsarət alıb.
Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsi və qarnın küt travması diaqnozu qoyulub.


Geri dön