Ana Sayfa > Bütün xəbərlər / M / Karusel / Siyasət / Gündəm / Dünya > "Süleymani uzun illər əvvəl məhv edilməli idi!” - Tramp

"Süleymani uzun illər əvvəl məhv edilməli idi!” - Tramp


3-01-2020, 18:41. Yazar: Xeberaz
"Süleymani uzun illər əvvəl məhv edilməli idi!”- Tramp

“General Qasım Süleymani uzun illər ərzində minlərlə amerikalını öldürüb və ya ağır formada yaralayıb. O hələ daha çoxunun ölümünü də planlaşdırırdı”.
"Xeberaz.Az"-un xəbərinə görə, bu barədə ABŞ prezidenti Donald Tramp “Twitter”də bildirib.
Onun sözlərinə görə, Q. Süleymani minlərlə insanın ölümündə birbaşa və ya dolayısı ilə məsuliyyət daşıyır.
“Hər nə qədər İran bunun doğruluğunu qəbul etməsə də, ölkə daxilində Süleymaniyə qarşı həm nifrət, həm də qorxu var idi. Onlar liderlərinin dünyaya çatdırmaq istədikləri qədər qəmgin deyillər. O, hələ uzun illər əvvəl məhv edilməli idi!”, - ABŞ prezidenti vurğulayıb.
Geri dön