Ana Sayfa > Bütün xəbərlər / Karusel / Gündəm / M2 > Bəzi bölgələrdə qar yağacaq

Bəzi bölgələrdə qar yağacaq


29-12-2019, 10:58. Yazar: Xeberaz
Bəzi bölgələrdə qar yağacaq

Bu gün Azərbaycanın bəzi bölgələrinə qar yağacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə duman, çiskin olacağı gözlənilir. Şimal küləyi əsəcək. 
Azərbaycanın rayonlarının bəzi yerlərində yağış, dağlıq rayonlarda qar yağacağı, gündüz havanın əsasən yağmursuz keçəcəyi ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 1-6°, gündüz 8-13° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 4-9° isti olacağı ehtimal edilir.
Naxçıvan Muxtar Respublikasının bəzi yerlərində havanın arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. 
Geri dön