Ana Sayfa > Bütün xəbərlər / M / Karusel / Siyasət / Gündəm / Hadisə / Araşdırma > DİN-dən özünü yandıran polislə bağlı AÇIQLAMA

DİN-dən özünü yandıran polislə bağlı AÇIQLAMA


28-12-2019, 12:05. Yazar: Xeberaz
DİN-dən özünü yandıran polislə bağlıAÇIQLAMA

Xəbər verdiyimiz kimi Salyan rayon polis şöbəsinin həyətində polis özünü yandırıb.
Məsələ ilə bağlı "Xeberaz.Az"-a açıqlama verən DİN-in Mətbuat Xidmətinin Şirvan Regional qrupunun baş inspektoru, polis baş leytenantı Toğrul Nəsirli bildirib ki, faktla bağlı araşdırma aparılır:

"İctimai təhlükəsizlik bölməsinin 33 yaşlı əməkdaşı Miri Bəxtiyar oğlu Fətiyev özünü yandırmağa cəhd edib. Həmin an onun yaxınlığında olan polis əməkdaşlarının müdaxiləsindən sonra yanğın söndürülüb. Adıçəkilən polis əməkdaşı yüngül xəsarət alıb. Baş verən hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin aidiyyatı orqanları tərəfindən araşdırma aparılır".
Geri dön