Ana Sayfa > Bütün xəbərlər / Karusel / Gündəm / Hadisə / M2 > Zorla mobil telefonunu əlindən aldı

Zorla mobil telefonunu əlindən aldı


28-12-2019, 00:34. Yazar: Xeberaz
Zorla mobil telefonunu əlindən aldı

Binəqədi RPİ-nin 5-ci Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini T.Əliyev dekabrın 26-da saat 17 radələrində S.S.Axundov küçəsində bir nəfərin ona zor tətbiq edərək mobil telefonunu aldığını bildirib.
"Xeberaz.Az" DİN-ə istinadən xəbər verir ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən paytaxt sakini Z.Kərimov polis əməkdaşları tərəfindən saxlanılıb.
Binəqədi RPİ tərəfindən araşdırma aparılır.
Geri dön