Ana Sayfa > Bütün xəbərlər / M / Karusel / Gündəm / Hadisə / Reportaj > Tərtərdə bıçaqlanan polis rəisi reanimasiyaya yerləşdirildi - RƏSMİ AÇIQLAMA

Tərtərdə bıçaqlanan polis rəisi reanimasiyaya yerləşdirildi - RƏSMİ AÇIQLAMA


27-12-2019, 12:00. Yazar: Xeberaz
Tərtərdə bıçaqlanan polis rəisi reanimasiyaya yerləşdirildi -RƏSMİ AÇIQLAMA

Səhiyyə Nazirliyi Tərtərdə polis əməkdaşının bıçaqlanması faktı ilə bağlı məlumat yayıb.  
Nazirlikdən "Xeberaz.Az"-a verilən məlumatda bildirilir ki, Tərtər rayonunda bıçaq xəsarətləri alaraq xəstəxanaya gətirilən polis əməkdaşına Tərtər Mərkəzi Rayon Xəstəxanasında ilkin tibbi yardım göstərildikdən sonra Bərdə Mərkəzi Rayon Xəstəxanasına göndərilib.
Xəstəxanadan verilən məlumata görə, qarın boşluğuna nüfuz edən bıçaq yaraları diaqnozu ilə xəstəxanaya çatdırılan yaralı, dərhal əməliyyat olunub.
Həkimlərin səyi nəticəsində yaralının həyatını xilas etmək mümkün olub.
Hazırda reanimasiya şöbəsində müalicə alan yaralının vəziyyəti ağır stabil kimi qiymətləndirilir.
Geri dön