Ana Sayfa > Bütün xəbərlər / Karusel / Gündəm / Hadisə / Foto-fakt > Sumqayıt yolunda "Gelandewagen" qəzaya düşdü - VİDEO

Sumqayıt yolunda "Gelandewagen" qəzaya düşdü - VİDEO


27-12-2019, 11:19. Yazar: Xeberaz
Sumqayıt yolunda "Gelandewagen" qəzaya düşdü -VİDEO

Abşeron rayonunda iki nəqliyyat vasitəsi toqquşub, xəsarət alan var.
"Xeberaz.Az" xəbər verir ki, hadisə Bakı-Sumqayıt şossesinin Masazır qəsəbəsi ərazisinə düşən hissəsində baş verib.
Sumqayıt istiqamətində hərəkətdə olan 99-TK-253 dövlət qeydiyyat nişanlı "Toyota" markalı avtomobil 99-SJ-424 dövlət qeydiyyat nişanlı "Mercedes Gelandewagen" markalı nəqliyyat vasitəsi ilə toqquşub. "Mercedes" də öz növbəsində dəmir arakəsməyə çırpılıb.
Qəza nəticəsində "Mercedes"də olan Samirə Ağayarova ağır bədən xəsarəti alaraq 1 saylı Xəstəxanaya yerləşdirilib.
Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları hadisə yerinə cəlb edilib. Avtotexniki ekspertiza təyin edilib.
Sözügedən görüntüləri apa-ya istinadən təqdim edirik:

  • Sumqayıt yolunda "Gelandewagen" qəzaya düşdü -VİDEO
  • Sumqayıt yolunda "Gelandewagen" qəzaya düşdü -VİDEO
  • Sumqayıt yolunda "Gelandewagen" qəzaya düşdü -VİDEO



Geri dön