Ana Sayfa > Bütün xəbərlər / M / Karusel / Siyasət / Reportaj > Bu gün Azərbaycanda bələdiyyə seçkiləridir

Bu gün Azərbaycanda bələdiyyə seçkiləridir


23-12-2019, 03:11. Yazar: Xeberaz
Bu gün Azərbaycanda bələdiyyə seçkiləridir

Bu gün Azərbaycanda bələdiyyə seçkiləri keçirilir.
"Xeberaz.Az" xəbər verir ki, səsvermə prosesi saat 08:00-da başlayacaq, 19:00-da başa çatacaq.
Seçkilər zamanı respublika üzrə 1606 bələdiyyəyə 15 156 üzv seçiləcək. Bələdiyyə seçkilərində 13 siyasi partiya iştirak edəcək.
Bələdiyyə seçkiləri işğal altındakı 7 seçki dairəsi istisna olmaqla, 118 seçki dairəsini əhatə edəcək.
Qeyd edək ki, Azərbaycanda sonuncu bələdiyyə seçkiləri 2014-cü il dekabrın 23-də keçirilib.
 


Geri dön