Ana Sayfa > Bütün xəbərlər / Karusel / Gündəm / Dünya / M2 > "El Klassiko"da qalib müəyyənləşmədi

"El Klassiko"da qalib müəyyənləşmədi


19-12-2019, 06:49. Yazar: Xeberaz
"El Klassiko"da qalib müəyyənləşmədi

İspaniya La Liqasında X turdan təxirə salınan bir oyun keçirilib.
"Xeberaz.Az" xəbər verir ki, “Barselona” öz meydanında “Real”ı qəbul edib.
Yarışın liderləri arasında növbəti “El-Klasiko” Barselonadakı “Nou Kamp” stadionunda baş tutub. Görüş qarşılıqlı hücumlar şəraitində keçib. Hər iki komandanın qol imkanları olsa da, hesab açılmayıb – 0:0.
Bu heç-heçədən sonra hər iki komanda xal hesabını 36-ya çatdırıb. Liderlər ən yaxın izləyiciləri olan “Sevilya”dan 5 xal öndərirlər.
Qeyd edək ki, La Liqada XVIII turun oyunları dekabrın 20-22-də keçiriləcək.






Geri dön