Ana Sayfa > Bütün xəbərlər / M / Karusel / Siyasət / Həftə-Reytinq > İsa Qəmbərin oğlu da deputat olmaq istəyir...

İsa Qəmbərin oğlu da deputat olmaq istəyir...


14-12-2019, 06:24. Yazar: Xeberaz
İsa Qəmbərin oğlu da deputat olmaqistəyir...

Müsavat Partiyasının eks-başqanı, Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbərin oğlu Turqut Qəmbər növbədənkənar parlament seçkilərində iştirak edəcək.

"Xeberaz.Az" xəbər verir ki, o, bu barədə sosial şəbəkədə yazıb. T.Qəmbər bildirib ki, bu gün növbədənkənar 9 fevral parlament seçkilərində iştirak etmək üçün namizədliyinin təsdiqlənməsi üçün lazımi sənədləri təqdim edib:

"Namizədliyimi 22 saylı ikinci Nəsimi seçki dairəsindən irəli sürürəm. Namizədliyimi dəstəkləyən, mənim təbliğat kampaniyamda könüllü kimi iştirak etmək istəyən vətəndaşları komandama qoşulmağa dəvət edirəm. Bu müddət ərzində imzatoplama kampaniyasında, sonrakı mərhələdə təbliğat kampaniyasında, qapı-qapı görüşlərdə iştirak etmək istəyənlər bildirsinlər. Bu barədə namizədliyim təsdiq olunandan sonra bir də çağırış edəcəm".
Geri dön