Ana Sayfa > Bütün xəbərlər / M / Karusel / Siyasət / Reportaj > Bu il xarici kəşfiyyata işləyən 15 nəfər müəyyən edildi - Azərbaycanda
Bu il xarici kəşfiyyata işləyən 15 nəfər müəyyən edildi - Azərbaycanda13-12-2019, 16:44. Yazar: Xeberaz |
"Azərbaycana qarşı kəşfiyyat-pozuculuq fəaliyyəti məqsədilə xarici xüsusi xidmət orqanları ilə əlaqədə şübhəli bilinən 15 nəfər, məxfi əməkdaşlığa cəlb olunan 1 nəfər müəyyən edilib". "Xeberaz.Az" xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin 2019-cu ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına həsr olunan hesabat müşavirəsində bildirilib. Qeyd olunub ki, xarici münaqişə zonalarında döyüşmüş 23 nəfərin şəxsiyyəti müəyyən olunub, onlardan 6 nəfər Azərbaycan vətəndaşı saxlanılıb, qanunsuz miqrasiya ilə məşğul olan 6 qrup, qaçaqmalçılıq, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 15 mütəşəkkil cinayətkar dəstə zərərsizləşdirilib. Geri dön |