Ana Sayfa > Bütün xəbərlər / Karusel / Gündəm / Hadisə / M2 > İtkin düşmüş 66 yaşlı qadın tapıldı

İtkin düşmüş 66 yaşlı qadın tapıldı


4-12-2019, 11:47. Yazar: Xeberaz
İtkin düşmüş 66 yaşlı qadın tapıldı
Lənkəranda itkin düşmüş 66 yaşlı qadın tapılıb.
Hadisə dekabrın 2-də şəhərin M.Əsədov küçəsində baş verib.
Belə ki, 1953-cü il təvəllüdlü Tatyana Korneva yaşadığı evdən mağazaya getmək adı ilə çıxıb və bir daha geri qayıtmayıb.
Onun yaxınları hüquq-mühafizə orqanları əməkdaşlarına müraciət edib. Daha sonra qadının qızı anasının tapıldığı barədə Lənkəran Şəhər Rayon Polis Şöbəsinə (ŞRPŞ) məlumat verib.
Faktla bağlı Lənkəran ŞRPŞ araşdırma aparılır.


Geri dön