Ana Sayfa > Bütün xəbərlər / M / Karusel / Gündəm > “Qızıl top”u Messiyə verməkdən qürur duyuram”

“Qızıl top”u Messiyə verməkdən qürur duyuram”


3-12-2019, 17:15. Yazar: Xeberaz

“Real”ın futbolçusu Luka Modriç Lionel Messinin “qızıl top”u qazanmasına münasibətini bildirib.
"Xeberaz.Az" “A Bola” nəşrinə istinadən xəbər verir ki, xorvatiyalı yarımmüdafiəçi, Kriştiano Ronaldonun mükafatlandırma mərasimində iştirak etməməsi haqda da danışıb:
“Qızıl top”u Messiyə verməkdən qürur duyuram. O, həqiqətən buna layiq idi. Biz düşmən deyilik, sadəcə meydanda rəqibik. Ronaldonun yoxluğu haqda heç nə deyə bilmərəm. Özüm haqda danışıram və burda olmaqdan çox şadam. Futbol qarşılıqlı hörmətdir. Qalib olmasaz belə, rəqibə hörmət etmək üçün burda olmalısız”.
Geri dön