Ana Sayfa > Bütün xəbərlər / M / Karusel / Siyasət / Gündəm / Araşdırma > Qarabağ əlili prezidentə müraciət etdi

Qarabağ əlili prezidentə müraciət etdi


1-12-2019, 18:57. Yazar: Xeberaz
Son vaxtlar ölkə başçısının yeni kadr siyasətindən də aydın görünür ki, vətəndaşlarla kobudluq edən məmurlar dərhal işindən azad olunur. Amma buna baxmayaraq, hələ də bəzi məmurlardan narazılıq edən və tutarlı faktlarla danışan vətəndaşlara qarşı haqsızlıq olunur. Bu gün sizə təqdim edəcəyimiz videomüsahibədə Qarabağ əlili  Quliyev Elşaddır.
Quliyev Elşad deyir ki, mən vətənim üçün döyüşüb sağlamlığımı verəndə bu məmurlar isti evində keyf edirdilər. İndi mənim haqqım olan dövlətdən yardım evini elə həmin məmurlar da vermir. Bu böyük haqsızlıqdır. Mən qazancımı öz dərmanlarımla evin kirayəsinə çatdırmıram. Borclar yığılır günü-gündən. Məndən 15-20 min manat rüşvət istəyirlər. İndi tək ümidim mediadır. Çünki cənab prezident deyir ki, mən izləyirəm medianı. Yəqin ki, bu videonu görüb məni çağırar. Mən ona ad-ad deyəcəm kimlər ona qarşı gəlir Gəncədə.
 

Geri dön