Ana Sayfa > Bütün xəbərlər / Karusel / Gündəm / Hadisə / M2 > 32 yaşlı qadın qonaq getdiyi evdə öldü

32 yaşlı qadın qonaq getdiyi evdə öldü


1-12-2019, 12:44. Yazar: Xeberaz
32 yaşlı qadın qonaq getdiyi evdə öldü

Ağdam rayonunda bədbəxt hadisə baş verib. 
"Xeberaz.Az" qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayonun Albəyli qəsəbəsində qeydə alınıb.
Belə ki, həmin kəndə qonaq gedən Bərdə rayon Dəymədağlı kənd sakini 32 yaşlı İsmayılova Şəfəq Tariyel qızını elektrik cərəyanı vurub. Yaralı qadın xəstəxanaya yerləşdirilsə də, həkimlər onun həyatını xilas edə bilməyib.
Faktla bağlı Ağdam Rayon Prokurorluğunda araşdırma aparılır.
Geri dön