Ana Sayfa > Bütün xəbərlər / M / Karusel / Siyasət / Gündəm > Şahin Əliyev yeni yaradılan şöbənin müdiri təyin edildi

Şahin Əliyev yeni yaradılan şöbənin müdiri təyin edildi


29-11-2019, 18:39. Yazar: Xeberaz
Şahin Əliyev yeni yaradılan şöbənin müdiri təyin edildi
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında yeni şöbə yaradılıb.
"Xeberaz.az" xəbər verir ki, yeni şöbə Hüquq ekspertizası şöbəsi adlanır. 
Prezident İlham Əliyevin sərəncamı ilə Şahin Məhərrəm oğlu Əliyev Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq ekspertizası şöbəsinin müdiri təyin edilib.
Xatırladaq ki, Ş.Əliyev Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri vəzifəsini icra edib. 





Geri dön