Ana Sayfa > Bütün xəbərlər / M / Karusel / Siyasət / Gündəm > Ədalət Vəliyev PA-da şöbə müdiri təyin edildi

Ədalət Vəliyev PA-da şöbə müdiri təyin edildi


29-11-2019, 17:54. Yazar: Xeberaz
Ədalət Vəliyev PA-da şöbə müdiri təyin edildi
Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinə müdir təyin edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Ədalət Məqsəd oğlu Vəliyev Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri təyin edilsin".
 





Geri dön