Ana Sayfa > Bütün xəbərlər / M / Karusel / Siyasət / Həftə-Reytinq > Tramp gözlənilmədən Əfqanıstana səfər edib

Tramp gözlənilmədən Əfqanıstana səfər edib


29-11-2019, 02:22. Yazar: Xeberaz
Tramp gözlənilmədən Əfqanıstana səfər edib

ABŞ prezidenti Donald Tramp Əfqanıstana gözlənilməz səfər edib. O, səfəri çərçivəsində Əfqanıstan prezidenti Əşrəf Qani ilə görüşüb.
"Xeberaz.az" xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Məlumata görə, ABŞ lideri əfqan həmkarı ilə görüşdən sonra ölkədə yerləşən Amerika qoşunlarına baş çəkib. Ötən həftə D.Tramp Ə.Qani ilə telefonla əlaqə yaradıb və onu Vaşinqtona rəsmi səfərə dəvət edib. Liderlər, həmçinin “Taliban” hərəkatı ilə sülh əldə etmək üçün yeddi bəndlik bir planı müzakirə ediblər.
Həmin söhbət əsnasında Tramp 2016-cı ilin avqustunda Kabildəki Amerika Universitetində radikal “Taliban” hərəkatı tərəfindən əsir götürülmüş amerikalı və avstraliyalı professorların azad edilməsində göstərdiyi köməyə görə Qaniyə təşəkkür edib.
Geri dön