Ana Sayfa > Bütün xəbərlər / Karusel / Gündəm / Dünya / Maraqlı > Formadakı səhvə görə milli komandaya intizam işi açıldı - FOTO

Formadakı səhvə görə milli komandaya intizam işi açıldı - FOTO


22-11-2019, 18:23. Yazar: Xeberaz
Formadakı səhvə görə milli komandaya intizam işi açıldı -FOTO

UEFA Belçika milli komandasına intizam işi açıb.
"Xeberaz.Az" qurumun saytına istinadən xəbər verir ki, buna səbəb, Belçika millisinin futbolçusu Derdik Boyatanın AÇ-2020-nin seçmə mərhələsinin Rusiya ilə oyununda fərqli nömrələri olan formada mübarizə aparmasıdır. Belə ki, Boyatanın mübarizə apardığı formanın kürəyində 23, şortikində isə 4 nömrə yazılıb.
Boyatanın əsl forma nömrəsi 4-dür. 23 nömrə isə Mişi Batşuayiyə aiddir. Boyatanın formasındakı səhv fasilədən sonra düzəldilsə də, UEFA bununla bağlı milli komandaya intizam işi açıb. Qurumun qərarı dekabrın 12-də açıqlanacaq.
Rusiya – Belçika matçı qonaqların 4:1 hesablı qələbəsiylə başa çatıb.
  • Formadakı səhvə görə milli komandaya intizam işi açıldı -FOTO

Geri dön