Ana Sayfa > Bütün xəbərlər / Karusel / Gündəm / Hadisə / M2 > Oğru marketi qarət edib, 2 nəfəri bıçaqladı - Bakıda

Oğru marketi qarət edib, 2 nəfəri bıçaqladı - Bakıda


22-11-2019, 05:51. Yazar: Xeberaz

Paytaxtın Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.
"Xeberaz.az" report-a istinadən xəbər verir ki, hadisə rayonun Zabrat qəsəbəsində yerləşən "Araz" marketdə qeydə alınıb.
Belə ki, mağazaya girən oğru 2 nəfəri - 1986-cı il təvəllüdlü Şıxıyev Vüsal Akif oğlu və 1992-ci il təvəllüdlü İsgəndərov Məhəmməd Ələsgər oğlunu bıçaqlayıb.
Hər iki yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. 
V.Şıxıyevə sol döş qəfəsinin kəsilmiş-deşilmiş diaqnozu qoyulub və cərrahiyyə şöbəsinə, M.İsgəndərova isə sol qoltuqaltı nahiyəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub və reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Geri dön