Ana Sayfa > Bütün xəbərlər / Karusel / Gündəm / Hadisə / M2 > DİN bir ailənin 4 üzvünün öldüyü qəza ilə bağlı MƏLUMAT YAYDI

DİN bir ailənin 4 üzvünün öldüyü qəza ilə bağlı MƏLUMAT YAYDI


18-11-2019, 15:29. Yazar: Xeberaz
DİN bir ailənin 4 üzvünün öldüyü  qəza ilə bağlıMƏLUMAT YAYDI

Daxili İşlər Nazirliyi (DİN) noyabrın 17-də Xəzər rayonunun Qala qəsəbəsi ərazisində baş verən ağır yol qəzası ilə bağlı məlumat yayıb.
DİN-dən "Xeberaz.Az"-a verilən məlumata görə, noyabrın 17-də saat 11 radələrində Xəzər rayonunun Qala qəsəbəsi ərazisində paytaxt sakinləri - H.Hümbətov və V.Dadaşovun idarə etdikləri “VAZ-2105” və “BMW” markalı avtomobillər toqquşub.
Nəticədə H.Hümbətov və sərnişinlərindən qızı Rəvanə, nəvəsi Rəvan, qardaşı Ağasəf hadisə yerində ölüb, digər 2 sərnişini xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Xəzər Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.
Geri dön