Ana Sayfa > Bütün xəbərlər / Karusel / Gündəm / Hadisə / M2 > Abşeronda evdən 53 500 manatlıq oğurluq edildi
Abşeronda evdən 53 500 manatlıq oğurluq edildi18-11-2019, 14:43. Yazar: Xeberaz |
Abşeronda evdən 53 500 manatlıq oğurluq edilib. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Belə ki, Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 11-də rayon ərazisindəki evlərin birindən 53 500 manat dəyərində geyim və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Masazır qəsəbə sakinləri, əvvəllər məhkum olunmuşlar – B.Aslanov və Q.Məmmədov saxlanılıb. Faktla bağlı araşdırma aparılır. Geri dön |