Ana Sayfa > Bütün xəbərlər / M / Karusel / İqtisadiyyat / Gündəm > Sumqayıt Azər Kimya zavodunda monitorinq aparılır - kəskin iy-qoxuya görə...

Sumqayıt Azər Kimya zavodunda monitorinq aparılır - kəskin iy-qoxuya görə...


16-11-2019, 16:09. Yazar: Xeberaz
Sumqayıt Azər Kimya zavodunda monitorinq aparılır -kəskin iy-qoxuya görə...

Sumqayıtda Azər Kimya İstehsalat Birliyinin Etilen-Polietilen zavodu ətrafında havada qeydə alınan kəskin iy-qoxu ilə bağlı daxil olan məlumat əsasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN)
əməkdaşları hadisə yerindədir.
"Xeberaz.az" xəbər verir ki, hazırda kəskin iy-qoxunun yayıldığı ərazidə və ətrafda monitorinq və araşdırmalar aparılır,  atmosfer  havasından nümunələr götürülür.
ETSN-nin Milli Monitorinq Departamentinin direktoru Ramal Bağırov jurnalistlərə bildirib ki, aparılan araşdırmalar və götürülən nümunələr əsasında ətrafa yayılan iy-qoxunun mənşəyi, ətraf mühitə təsirləri barədə rəy veriləcək. Hazırda araşdırmalar  davam etdirilir.



Geri dön