Ana Sayfa > Bütün xəbərlər / Karusel / Gündəm / Hadisə / M2 > Xose Bernardonu bıçaqlayan şəxs SAXLANILDI (Yenilənib)

Xose Bernardonu bıçaqlayan şəxs SAXLANILDI (Yenilənib)


11-11-2019, 13:04. Yazar: Xeberaz
Xose Bernardonu bıçaqlayan şəxsSAXLANILDI (Yenilənib)
Bıçaq yarası ilə xəstəxanaya çatdırılan aparıcı Xose Bernardo ambulator müalicə üçün xəstəxanadan evə buraxılıb.
"Xeberaz.az" apa-ya istinadən xəbər verir ki, onun onun vəziyyəti qənaətbəxş olub.
Qeyd edək ki, X.Bernardo ilə birgə paytaxt sakini, 1988-ci il təvəllüdlü Rafael Hüseynov da bıçaq xəsarətləri alıb. R.Hüseynova çoxsaylı bıçaq xəsarətləri yetirilib və hazırda vəziyyəti ağır olduğundan 3 saylı Şəhər Klinik Xəstəxanasının Cərrahiyyə şöbəsində müalicəsini davam etdirir. Hər iki yaralının eyni hadisə zamanı bıçaqlandığı bildirilir.
***
Hüquq-mühafizə orqanlarından Trend-ə verilən məlumata görə, hadisəni törədən, əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunan 1985-ci il təvəllüdlü A.Hüseynov Pirallahi RPŞ-nin keçirdiyi əməliyyat axtarış tədbirləri çərçivəsində saxlanılıb. Faktla bağlı Cinayət Məcəlləsinin 126.2.1-ci (2 və daha artıq şəxsin sağlamlığına ağır zərər vurma) maddəsilə cinayətişi başlanıb.
Geri dön