Ana Sayfa > Bütün xəbərlər / Karusel / Gündəm / Hadisə / M2 > Toyda dava düşdü, xəsarət alan var

Toyda dava düşdü, xəsarət alan var


9-11-2019, 17:11. Yazar: Xeberaz
Toyda dava düşdü, xəsarət alan var

Kürdəmir rayonunda toyda dava düşüb.
"Xeberaz.az" "Report"a istinadən xəbər verir ki, hadisə "Muradxan" şadlıq evində qeydə alınıb. 
Belə ki, toya gələn qonaqlar arasında mübahisə yaranıb. Nəticədə Ağcabədi rayon sakini, 1992-ci il təvəllüdlü Quliyev Cəsarət Zəfər oğlu xəsarət alıb. Yaralı Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. 
Faktla bağlı araşdırma aparılır.
Geri dön