Ana Sayfa > Bütün xəbərlər / M / Karusel / Gündəm / Xəbəraz-ın debatı > Mehman Hüseynov bələdiyyə üzvlüyünə namizədliyini verdi - FOTO
Mehman Hüseynov bələdiyyə üzvlüyünə namizədliyini verdi - FOTO7-11-2019, 20:53. Yazar: Xeberaz |
Bloqqer Mehman Hüseynov bələdiyyə seçkilərində iştirak etmək üçün namizədliyini irəli sürüb. "Xeberaz.Az" xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. O, Qaraçuxur bələdiyyəsinə namizədliyini irəli sürüb və noyabrın 7-də 31 saylı Suraxanı İkinci Dairə Seçki Komissiyasından imza vərəqələrini götürüb. M.Hüseynov sabahdan imzatoplama kampaniyasına başlayacağını da açıqlayıb. 31 saylı Suraxanı İkinci Dairə Seçki Komissiyasından faktı təsdiqləyiblər. Qeyd edək ki, 2019-cu il dekabrın 23-də Azərbaycanda bələdiyyə seçkiləri keçiriləcək. Geri dön |