Ana Sayfa > Bütün xəbərlər / Karusel / Gündəm / Hadisə / M2 > Bakıda axtarışda olan iki nəfər saxlanıldı

Bakıda axtarışda olan iki nəfər saxlanıldı


7-11-2019, 11:26. Yazar: Xeberaz
Bakıda axtarışda olan iki nəfər saxlanıldı

Bakıda axtarışda olan iki şəxs saxlanılıb.
Hadisə Sabunçu və Nərimanov rayon ərazilərində baş verib.
Belə ki, Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 13-cü Polis Bölməsi (PB) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin (CM) 177-ci (oğurluq) maddəsi ilə axtarışda olan 1983-cü il təvəllüdlü İ.Həsənov tutulub.
Bundan başqa, Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində CM-nin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan 1991-ci il təvəllüdlü S.Kərimov müyəyyən edilərək saxlanılıb.
Hər iki şəxslə bağlı araşdırma aparılır.
Geri dön