Ana Sayfa > Bütün xəbərlər / Karusel / Gündəm / Hadisə / Foto-fakt > Sumqayıtda ağır qəza: 2 ölü, 4 yaralı - FOTO (YENİLƏNİB)

Sumqayıtda ağır qəza: 2 ölü, 4 yaralı - FOTO (YENİLƏNİB)


3-11-2019, 16:39. Yazar: Xeberaz
Sumqayıtda ağır qəza:2 ölü, 4 yaralı - FOTO (YENİLƏNİB)

Sumqayıtda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 
"Xeberaz.Az" xəbər verir ki, qəza şəhərin “Stansiya Sumqayıt” ərazisindən keçən avtomobil yolunda qeydə alınıb. "Mitsubishi" və "Ravon" markalı minik avtomobillərinin toqquşması nəticəsində 2 nəfər ölüb 4 nəfər yaralanıb.
Ölənlər - 1997-ci il təvəllüdlü Babazadə Elşən Seymur oğlu  və 1959-cu il təvəllüdlü Həsənov Nazim İsgəndər oğludur.
Yaralılar xəstəxanaya aparılıb, şəxsiyyətləri hələ ki, məlum deyil. 
Faktla bağlı araşdırma aparılır.
 
  • Sumqayıtda ağır qəza:2 ölü, 4 yaralı - FOTO (YENİLƏNİB)

Geri dön