Ana Sayfa > Bütün xəbərlər / M / Karusel / Gündəm / Hadisə > "Arvadını öldürdükdən sonra Sadıqovu da yaralayıb" - DİN-dən AÇIQLAMA

"Arvadını öldürdükdən sonra Sadıqovu da yaralayıb" - DİN-dən AÇIQLAMA


2-11-2019, 13:21. Yazar: Xeberaz
"Arvadını öldürdükdən sonra Sadıqovu da yaralayıb" -DİN-dən AÇIQLAMA

Daxili İşlər Nazirliyi dünən Sayanda aravadını öldürən kişi ilə bağlı açıqlama yayıb. 
"Xeberaz.Az" xəbər verir ki, açıqlamada deyilir:
"Noyabrın 1-də Salyan şəhərində yaşayan N.Hüseynovun evində ailə münaqişəsi zəminində arvadı İ.Hüseynovanı bıçaqla qətlə yetirməsi, sonra isə həmyerlisi Z.Sadıqova və özünə xəsarət yetirməsi barədə DİN-in “102” Zəng Mərkəzi Xidmətinə məlumat daxil olub. 
Z.Sadıqov aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Məlumatla əlaqədar dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilmişdir.   
Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən N.Hüseynov saxlanılmışdır.
Salyan rayon Prokurorluğunda araşdırma aparılır".
Geri dön