Ana Sayfa > Bütün xəbərlər / Karusel / Gündəm / Hadisə / M2 > Bakıda avtomobil avtobusla toqquşdu - yaralılar var

Bakıda avtomobil avtobusla toqquşdu - yaralılar var


1-11-2019, 08:57. Yazar: Xeberaz
Bakıda avtomobil avtobusla toqquşdu -yaralılar var
Sabunçu rayonunda minik avtomobili ilə avtobusun toqquşması nəticəsində 4 nəfər xəsarət alıb.
"Xeberaz.Az" xəbər verir ki, hadisə Maştağa qəsəbəsində baş verib. Belə ki, 1994-cü il təvəllüdlü İbrahim Rəcəbov idarə etdiyi “VAZ-2106” markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirərək qəsəbə ərazisində fəaliyyət göstərən 131 saylı sərnişin avtobusuna çırpılıb.
Nəticədə “VAZ-2106”nın sürücüsü İ.Rəcəbov və sərnişinlər, 1996-cı il təvəllüdlü Həmidağa Babayev, 1997-ci il təvəllüdlü Mehdi Rəhimov və 1988-ci il təvəllüdlü İkram Rəcəbov xəsarət alıblar. Yaralılar xəstəxanaya yerləşdirilib. İ.Rəcəbova dizin sınığı diaqnozu qoyulub. Digər yaralılara isə ilkin tibbi yardım göstərilərək ambulator müalicəyə buraxılıblar.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.



Geri dön