Ana Sayfa > Bütün xəbərlər / Karusel / İqtisadiyyat / Gündəm / Təhsil > Bu universitetdə əmək haqqı ARTDI

Bu universitetdə əmək haqqı ARTDI


30-10-2019, 12:36. Yazar: Xeberaz
Bu universitetdə əmək haqqıARTDI

Azərbaycan Turizm və Menecment Universitetindən bildirilib ki, son illərdə əhalinin sosial rifahının yüksəldilməsi istiqamətində Prezident İlham Əliyevin apardığı məqsədyönlü islahatlar öz bəhrəsini verməkdədir. Təsadüfi deyil ki, ölkə prezidenti tərəfindən həyata keçirilən genişmiqyaslı sosial tədbirlər zərfində konkret olaraq Ali təhsil müəssisələrində çalışan əməkdaşların sosial rifah halının yaxşılaşdırılması məsələlərinin həyata keçirilməsi nəzərdə tutulub.
Universitetdən  verilən xəbərdə xüsusi vurğulanır ki, Azərbaycan dövlətinin sosial siyasətini rəhbər tutaraq əməkdaşların maddi rifahının yaxşılaşdırılması və sosial müdafiəsinin daha da gücləndirilməsi məqsədilə ATMU-nun professor-müəllim və inzibati heyət əməkdaşlarının əməkhaqları sentyabr ayından orta hesabla 30 (otuz) faiz artırılıb. Həmçinin maliyyə imkanları nəzərə alınmaqla gələcəkdə də əməkhaqlarının davamlı olaraq artırılması məsələsi gündəmdə saxlanılır.




Geri dön