Ana Sayfa > Bütün xəbərlər / M / Karusel / Siyasət / Dünya > Ərdoğan və Merkel Suriya böhranını müzakirə edib
Ərdoğan və Merkel Suriya böhranını müzakirə edib27-10-2019, 17:42. Yazar: Xeberaz |
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Almaniya Baş Naziri Angela Merkel arasında telefon danışığı olub. Bu barədə Türkiyə Prezidentinin Administrasiyası məlumat yayıb. R. T. Ərdoğan və A. Merkel Suriyanın şimal-şərqindəki durum və ikitərəfli əlaqələr barədə müzakirə aparıblar. Xatırladaq ki, oktyabrın 9-da Türkiyə Suriyanın şimalında "Barış bulağı" əməliyyatına başlayıb. Türkiyə ABŞ-la əldə edilən razılaşmaya uyğun olaraq əməliyyata 120 saat ara verib və bu müddətdə terrorçular Tel-Abyad və Rəsulayn bölgələrini tamamilə tərk edib. Oktyabrın 22-də Soçidə Türkiyə və Rusiya arasında əldə edilən razılaşmaya əsasən, YPG/PYD terrorçuları Suriyanın şimalındakı digər bölgələrdə də Türkiyə sərhədindən 32 km geri çəkilməli, 32 km-lik zolaqdan kənarda yerləşən Menbiç və Tel-Rıfat bölgələrini tamamilə tərk etməlidirilər. Geri dön |