Ana Sayfa > Bütün xəbərlər / Karusel / Gündəm / Hadisə / M2 > Dünən Azərbaycanda 32 şübhəli şəxs SAXLANILDI

Dünən Azərbaycanda 32 şübhəli şəxs SAXLANILDI


26-10-2019, 15:54. Yazar: Xeberaz
Dünən Azərbaycanda32 şübhəli şəxs SAXLANILDI
Ötən gün daxili işlər orqanlarında qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatlar açıqlanıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən verilən məlumata görə, oktyabr ayının 25-də törədilən 20 cinayətin üstü “isti izlər”lə açılıb. 
Əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması təmin olunub. 
Axtarışda olduğuna görə ümumilikdə 15 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarışda olan 3 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Avtomobil yollarında 1 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb. 
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 11, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib. 
Cinayət törətməkdə şübhəli bilinən 32 nəfər saxlanılıb.



Geri dön