Ana Sayfa > Bütün xəbərlər / Karusel / Gündəm / Hadisə / Dünya / M2 > Tarkanın əmisi oğlu həbsxanadan qaçdı - VİDEO

Tarkanın əmisi oğlu həbsxanadan qaçdı - VİDEO


25-10-2019, 09:37. Yazar: Xeberaz
Tarkanın əmisi oğlu həbsxanadan qaçdı -VİDEO

Türkiyənin Meqastarı Tarkanın 41 yaşlı əmisi oğlu Servet Tevetoğlunun həbsxanadan qaçdığı məlum oldu.
"Xeberaz.az" xəbər verir ki, Servet məkanların birini yandırmaqda və adam öldürməkdə təqsirli bilinib. Əslən Rizedən olan Servet Tevetoğlu bir müddət İstanbulun Maltepe şəhərində yaşayıb və adını daşıyan tikinti-daşınmaz əmlak şirkətində çalışıb.
Esenyurtda silah və güllə ilə öldürülən Ercan Gönülkırmazın müttəhimlərindən biri olan Servet Tevetoğlu 2 il şərti həbs cəzası almaqla, 250 min lirə təzminat qarşılığında sərbəst buraxılıb.
Lakin pop ulduzun əmisi oğlu digər bir cinayəti üzə çıxdığı səbəbi ilə yenidən həbs olunub. Silivri açıq həbsxanasında cəza çəkən məhbus oradan qaçıb.
Servet Tevetoğlunun cinayəti üzrə məhkəmə gələn ilin yanvarında keçirilməli idi.
Hazırda polis cinayətkarın tapılması istiqamətində axtarışları davam etdirir.
Tarkan isə əmisi oğlu ilə bağlı xəbərləri şərh etməyib.
 
 
Geri dön