Ana Sayfa > Bütün xəbərlər / Karusel / İqtisadiyyat / Gündəm / Dünya / M2 > Ermənistan “Doing Business”də 6 pillə gerilədi

Ermənistan “Doing Business”də 6 pillə gerilədi


25-10-2019, 00:47. Yazar: Xeberaz
Ermənistan “Doing Business”də 6 pillə gerilədi
Ermənistan Dünya Bankının “Doing Business 2020” hesabatında 6 pillə geriləyib.
"Xeberaz.Az" xəbər verir ki, bu barədə erməni KİV-ləri məlumat yayıb. Bildirilib ki, bu geriləmə ölkədə sərmayə mühitinin və azad biznes üçün şəraitin pisləşməsinin nəticəsidir.
Qeyd olunub ki, ötən il “Doing Business 2019” hesabatında 41-ci yeri tutan Ermənistan bu il reytinq cədvəlində 47-ci yerə düşüb. Dünya Bankının İrəvan ofisinin rəhbəri Silvi Boustro keçən il bu ölkənin hesabatda irəliləməsini əmlak alqı-satqısı prosedurunun sadələşdirilməsi, vergi sistemində dəyişikliklərlə izah etmişdi. Ermənistanın builki anti-rekordunun səbəbi hələ bu ofis tərəfindən açıqlanmayıb.



Geri dön