Ana Sayfa > Bütün xəbərlər / Karusel / Gündəm / Hadisə / M2 > Qusarda dağdan dərəyə düşən alpinistdir? - Axtarışa başlanıldı

Qusarda dağdan dərəyə düşən alpinistdir? - Axtarışa başlanıldı


22-10-2019, 11:30. Yazar: Xeberaz
Qusarda dağdan dərəyə düşən alpinistdir? -Axtarışa başlanıldı
Qusar rayonunun Buğur kəndi ərazisində bir nəfər yıxılaraq dərəyə düşüb.
"Xeberaz.Az"-a FHN-dən verilən məlumata görə, oktyabrın 21-də saat 18:30 radələrində Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, Qusar rayonunun Buğur kəndi ərazisində, mürəkkəb relyefli yüksək dağ massivində 1987-ci il təvəllüdlü Sərxanov Sərxan Sahib oğlunun hündürlükdən yıxılaraq dərəyə düşdüyü ehtimal olunur.
Nazirliyin Şimal Regional Mərkəzinin xilasediciləri axtarışlara cəlb olunub. Əlavə məlumat veriləcək.





Geri dön