Ana Sayfa > Bütün xəbərlər / Karusel / Gündəm / M2 > Şimşək çaxacaq, yağış yağacaq

Şimşək çaxacaq, yağış yağacaq


19-10-2019, 13:34. Yazar: Xeberaz
Şimşək çaxacaq,yağış yağacaq

Oktyabrın 20-də Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə zəif duman olacağı, çiskinli yağış yağacağı gözlənilir.
Gündüz dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Gün ərzində mülayim şimal-qərb küləyi əsəcək.
ETSN-dən "Xeberaz.Az"-a verilən məlumata görə, havanın temperaturu gecə 15-17° isti, gündüz  21-25° isti, Bakıda gecə 15-17° isti, gündüz  22-24°  isti təşkil edəcək.
Atmosfer  təzyiqi normadan yüksək 766 mm civə sütunu təşkil edəcək. 
Nisbi rütubət gecə 75-85 %, gündüz 55-65 % olacaq.  
Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 12-17° isti, gündüz  21-26° isti, dağlarda gecə 6-11° isti, gündüz  13-18° isti təşkil edəcək.
Geri dön