Ana Sayfa > Bütün xəbərlər / Karusel / Gündəm / Hadisə / M2 > İki baş inəyə görə iki nəfər saxlanıldı

İki baş inəyə görə iki nəfər saxlanıldı


18-10-2019, 14:30. Yazar: Xeberaz
İki baş inəyə görə iki nəfər saxlanıldı
Abşeronun Masazır qəsəbəsində evdə oğurluq edən M.Həsənov saxlanılıb.
"Xeberaz.az" DİN-ə istinadən xəbər verir ki, Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 10-da Masazır qəsəbəsindəki evlərin birindən 5900 manat, 900 ABŞ dolları və 7000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən qəsəbə sakini M.Həsənov saxlanılıb.
DİN-dən həmçinin bildirilib ki, Gədəbəy RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 11-də Qoşabulaq kənd sakini B.Hüseynovun 2 baş inəyini oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakinləri A.Sadıqova və T.Tağıyev saxlanılıb.



Geri dön