Ana Sayfa > Bütün xəbərlər / Karusel / Gündəm / Hadisə / Foto-fakt > Küçəyə atılan körpənin vəziyyəti ağırdır! - RƏSMİ

Küçəyə atılan körpənin vəziyyəti ağırdır! - RƏSMİ


18-10-2019, 13:15. Yazar: Xeberaz
Küçəyə atılan körpənin vəziyyəti ağırdır! -RƏSMİ

Səhiyyə Nazirliyi Bakının Qaradağ rayonu Lökbatan qəsəbəsi ərazisində küçəyə atılan körpənin durumu ilə bağlı məlumat yayıb.
Nazirlikdən verilən məlumata görə, küçəyə atılan 1 günlük oğlan uşağı hipotermik vəziyyətdə (34 dərəcə istiliklə) Pediatriya İnstitutuna gətirilib.
"Uşağın vəziyyəti ağır olub, qanı təmizlənib və bütün tibbi yardımlar göstərilib. Hazırda vəziyyəti ağır kimi qiymətləndirilir. Hadisə barədə hüquq-mühafizə orqanları məlumatlandırılıb", - nazirlikdən bildirilib.
Geri dön