Ana Sayfa > Bütün xəbərlər / M / Karusel / Siyasət / Gündəm / Dünya > Ramil Usubov özbəkistanlı həmkarı ilə görüşdü

Ramil Usubov özbəkistanlı həmkarı ilə görüşdü


15-10-2019, 23:56. Yazar: Xeberaz
Ramil Usubov özbəkistanlı həmkarı ilə görüşdü

Azərbaycanın Təhlükəsizlik Şurasının katibi Ramil Usubov ölkəmizdə səfərdə olan özbəkistanlı həmkarı Viktor Mahmudovla görüşüb.
"Xeberaz.Az" xəbər verir ki, görüşdə dövlət başçıları İlham Əliyevin və Şavkat Mirziyoyevin siyasi iradələrinə uyğun olaraq ölkələrimiz arasında strateji tərəfdaşlığın ən müxtəlif sahələr üzrə inkişaf etdiyi və əməkdaşlığın genişləndiyi qeyd edilib.
Söhbət zamanı beynəlxalq terrorçuluq və transmilli mütəşəkkil cinayətkarlığın yeni çağırış və təhdidlərinin artaraq qlobal xarakter aldığı, ekstremizmi, aqressiv separatizmi təbliğ edən radikal elementlərin vaxtında müəyyənləşdirilməsi və qanunsuz fəaliyyətlərinin qarşısının alınması istiqamətində hər iki dövlətin müvafiq orqanlarının əməkdaşlığının önəmi vurğulanıb
Geri dön