Ana Sayfa > Bütün xəbərlər / Karusel / Gündəm / Hadisə / M2 > Keçmiş məhkum bacısını yaralayıb qardaşını maşınla vurdu

Keçmiş məhkum bacısını yaralayıb qardaşını maşınla vurdu


11-10-2019, 15:14. Yazar: Xeberaz
Keçmiş məhkum bacısını yaralayıb qardaşını maşınla vurdu
Oktyabrın 10-da saat 9 radələrində Xəzər rayonunun Binə qəsəbəsində yaşayan, əvvəllər məhkum olunmuş İ.Bədəlovla bacısı Aygün və qardaşı Elxan arasında münaqişə baş verib.
“Xeberaz.az” xəbər verir ki, bu zaman İ.Bədəlov Aygünə xəsarət yetirib, “Kia” markalı avtomobilində hadisə yerini tərk edərkən isə Elxanı vurub.
Əməliyyat-axtarış tədbirləri nəticəsində adam öldürməyə cəhddə şübhəli bilinən İ.Bədəlov saxlanılıb. Aygün və Elxan isə xəstəxanaya yerləşdiriliblər.
Faktla əlaqədar cinayət işi başlanıb. Xəzər rayon prokurorluğunda araşdırma aparılır.
Geri dön