Ana Sayfa > Bütün xəbərlər / M / Karusel / Gündəm / Araşdırma > Sevinc Abbasovaya cəza istəniləcək

Sevinc Abbasovaya cəza istəniləcək


11-10-2019, 14:06. Yazar: Xeberaz
Sevinc Abbasovaya cəza istəniləcək

Səbail Rayon Məhkəməsində məktəbdə intihar edən şagird Elina Hacıyevanın ölümü ilə bağlı təqsirləndirilən direktor Sevinc Abbasovanın növbəti məhkəməsi keçirilib.
“Xeberaz.Az” xəbər verir ki, prosesdə Təhsil Nazirliyinin nümayəndəsi Elmar Kərimov çıxış edərək onlara qaldırılmış mülki iddianın təmin edilməməsini istəyib. 
Vəkillər vəsatət verərək Sevinc Abbasovanın şahidlərə təzyiq etdiyini əsas gətirərək onun həbs edilməsini istəyiblər. Lakin məhkəmə vəsatəti təmin etməyib. 
REKLAM


www.honda.az
Daha ətraflı



Prosesdə məhkəmə istintaqının başa çatdığı elan olunub. Dövlət ittihamçısı çıxış edərkən Sevinc Abbasovaya cəza istəmək üçün məhkəmədən vaxt istəyib. 
Proses oktyabrın 16-da davam etdiriləcək. 
Geri dön